» » » Meri Harris Smit – dünyada ilk qadın mühasib

Meri Harris Smit – dünyada ilk qadın mühasib

posted in: Xəbər | 0
birbank biznes

Meri Harris Smit – dünyada ilk qadın mühasib

Meri Harris qadın mühasibBu gün heç kimin ağlına belə gəlməz ki, mühasib – qadın peşəsi deyil. Həqiqətən, mühasibatlıqda kişilərə elə də tez-tez rast gəlinmir. Qarışıq sahələrdə – maliyyə, vergitutma, auditdə – onların sayı daha çoxdur. Lakin, heç də həmişə belə olmayıb. Ötən əsrin əvvəllərinə kimi mühasibatlıq sırf  kişi məşğuliyyəti olub. Və əgər bəzi qadınlar xüsusi israrçılıq və inadkarlıq nümayiş etdirməsəydilər, ola bilsin ki, şirkətlərdə maliyyə işləri indiyə kimi kişilərin əlində qala bilərdi.  Qadınlar isə kağızları bir-birinin üzərinə qalaqlamaq və ilkin sənədləri toplamaqla,  mühasibatlıqda ikinci rolları oynamaqda davam edərdilər. Peşəkar mühasib attestatını ilk qadın 1920-ci ildə alıb. Onun adı Meri Harris Smit olub. Attestata doğru gedən yol ondan ötrü heç də asan olmayıb.

Meri Harris Smit Kinqslenddə Londonda, 1844-cü ildə Syuzanna və Henri Smitlərin ailəsində anadan olub. Onda mühasibat uçotuna maraq bank işçisi olan atasının mühasibatlıqla bağlı evinə gətirdiyi sənədlərlə tanışlıqdan sonra yaranmışdı. Belə ki, Meri bu işlərdə atasına kömək etməyə başlamışdı. On altı yaşı olanda, 1860-cı ildə o, qadınların məşğulluğunun təşviqi cəmiyyətinin təşkil etdiyi ilk mühasibat kurslarında mühasibat uçotunun əsaslarını öyrənməyə başlamışdı.  19-cu əsrin ortalarından başlayaraq qadınlardan mühasibatlıqda köməkçi kimi istifadə olunmasına başlanılmışdı. Onlara sənədlərin müqayisəsi, arifmetik hesablamalar və ilkin məlumatların qeydiyyatı kimi sadə gündəlik işlər tapşırılırdı.

1887-ci ildə Meri özünün “M.Harris Smit, mühasib və auditor ” şəxsi mühasibatlıq firmasını təsis edir.  Eyni zamanda, o, həmin vaxt həm də dünyanın ilk peşəkar mühasiblər birliyinə – İngiltərə və Uelsdə peşəkar mühasiblər İnstitutuna (ICAEW) üzvlük üçün ərizə ilə müraciət etdi. Lakin, ICAEW-ın prezidenti onun ərizəsini qəbul etmədi. 1891-ci ildə o, yenidən buna cəhd edir və təkrarən uğursuzluqla üzləşir. 1919-cu ildə Böyük Britaniyada  “Cins əsasında diskvalifikasiya haqqında” qanun qəbul olundu və Meri sözügedən quruma daha bir ərizə ilə müraciət etdi. Meri ixtisas imtahanları vermədiyinə görə onu fəxri üzvlüyə qəbul edirlər. Bütün hallarda o, nəhayət ki, diplom əldə edə bilir. Bu hadisə yeri gəlmişkən, düz 100 il bundan əvvəl – 1920-ci ilin may ayında baş vermişdi. Bütün hallarda Meri Harris ICAEW-in həqiqi üzvü oldu və o, dünyada ilk diplomlu qadın mühasib kimi tarixə düşdü. Həmin vaxt onun artıq 72 yaşı var idi.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun