İnsanı həyatı boyu bir çox fərqli vəziyyətlərə düçar olur. Əlbəttə, hamı daha çox xoşbəxt və şən olmaq istəyir, amma, kədərli anlar da az olmur, bəzi vaxtlarda isə həmin kədər səbəbsiz də ortaya çıxa bilir. Psixoloqlar bəzən bu cür kədərləri müəyyən yaş dövrləri əlaqləndirirlər, onların sözlərinə görə orqanizm bununla bir növ həyatın ssenari üzrə getmədiyini göstərir. “Melanxoliya yaşı nə deməkdir və onunla necə mübarizə aparmalı və ümumiyyətlə, bunu etmək lazımdırmı” – fikirləri ətrafında psixoloji elmlər namizədi, psixoanalitik, dosent Aleksey Melexinin söhbətini diqqətə çatdırırıq.
“Melanxoliya yaşı dedikdə, depressiya başa düşülür. Yəni, bir insanın depressiyaya daha çox meyilli olduğu belə müvəqqəti anlar. Xarici təcrübədə melanxoliya yaşının 30, 45, 50 və 60 yaşarası dövrlərə təsadüf etdiyi hesab olunur. Bunlar çox mühüm sərhədlərdir”, – Aleksey Melexin belə söyləyir.
Psixoanalatik qeyd edir ki, hər bir kəsin özü ilə bağlı bu yaşı dərk etməsi elə də çətin bir iş deyil. Aleksey Melexinin sözlərinə görə, onun başlıca indikatoru sanki nəsə itirmisən, nəsə bir boşluq və narazılıq hiss edirsən kimi duyumlardır. “Həm də bu zaman insan özü ilə baş verənləri təsvir edə bilmir. Həmin an adam sanki nəsə çatışmazlıq hiss edir, amma, əgər ondan rahatsızlığın səbəbini soruşsanız, o, çətin ki, buna cavab verə bilsin. Hətta əgər o, nikahdadırsa və onun uşaqları da varsa, belə, qüssə-kədər, tənhalıq hissləri baş qaldırır”, – Aleksey Melexin söyləyir.