» » » Aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri təsdiq edildi

Aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri təsdiq edildi

posted in: Xəbər | 0
birbank biznes

aksiz dərəcəsiAzərbaycana idxal edilən tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz dərəcəsi və gömrük rüsumu müəyyənləşib.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında və “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisinə gətirilən tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz dərəcəsi və idxal gömrük rüsumu müəyyənləşdirilib.

Beləliklə, tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün 1,9 manat aksiz dərəcəsi, 2 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq. Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 191.5-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.7-ci maddələrinə uyğun olaraq, bu Qərarın 1-ci hissəsi ilə “2202100009” və “2202991902” alt yarımmövqeləri üzrə malların hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,1 manatı, “220300” yarımmövqeyi üzrə malların hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,05 manatı, “220820”, “220830”, “220840”, “220850”, “220860” və “220870” yarımmövqeləri və “2208 90 110 0 – 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” alt yarımmövqeləri üzrə malların hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,2 manatı, “2402100009”, “2402900003”, “2402900009” alt yarımmövqeləri və “240220” yarımmövqeyi üzrə malların 1000 ədədinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 1,5 manatı vergi ödəyiciləri tərəfindən icbari tibbi sığorta fonduna ödənilir”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” üzrə:

1.2.1. “2202 10 000 9” və “2202 99 190 2” alt yarımmövqelərinə aid sətirlərin “Mal mövqelərinin adları” sütunundan “alkoqolsuz” sözü çıxarılsın və həmin sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “3,0” rəqəmləri “3,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. “2203 00” yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “1,7” rəqəmləri “1,9” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. “2204 (2204 10 110 0 və 2204 30 100 0 istisna olmaqla)” və “2205” mal mövqelərinə, “2206 00” yarımmövqeyinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “3,5” rəqəmləri “3,6” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. “2204 10 110 0” alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “5,0” rəqəmləri “5,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. “2207 10 000 0”, “2208 90 910 0” və “2208 90 990 0” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “4,0” rəqəmləri “5,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.6. “2208 20” yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “10,0” rəqəmləri “7,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.7. “2208 30”, “2208 40”, “2208 50”, “2208 60”, “2208 70” yarımmövqelərinə və “2208 90 110 0 – 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “10,0” rəqəmləri “11,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.8. “2208 90 690 1” və “2208 90 780 1” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2208 90 690 1 tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər 1 litr üçün 1,9 manat
2208 90 780 1 tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər 1 litr üçün 1,9 manat

1.2.9. “2402 10 000 9” və “2402 90 000 3” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “20,0” rəqəmləri “31,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.10. “2402 20” yarımmövqeyinə və “2402 90 000 9” alt yarımmövqeyinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “28,0” rəqəmləri “39,0” rəqəmləri ilə əvəz edilsin.

  1. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 17 fevral 2020-ci il
№ 43

Mənbə: cabmin.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
aksiz dərəcəsi