» » » Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

Maliyyə NazirliyiNazirliyin mətbuat xidmətindən bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq olunub. Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

– maliyyə vəziyyəti haqqında hesabat;

– maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

– əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, qeyri-hökumət təşkilatları “www.qht-hesabat.maliyye.gov.az” saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçmələri və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarını və ya maliyyə fəaliyyətinin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etmələri tələb olunur.

Mənbə: azertag.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun