» » » 2018-ci ildə nə qədər NKA qeydiyyatdan keçib?

2018-ci ildə nə qədər NKA qeydiyyatdan keçib?

posted in: Uncategorized | 0
birbank biznes

NKAVergi ödəyiciləri qarşısında qoyulmuş əsas tələblərdən biri nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektlərində və obyektlərdə vergi ödəyiciləri tərəfindən nəzarət-kassa aparatlarının (NKA) quraşdırılmasıdır. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Hazırda əksər təsərrüfat subyektlərində NKA-ların qeydiyyatı, quraşdırılması, istifadəsi üçün lazım olan bütün infrastruktur mövcuddur.

Son bir ildə nəzarət-kassa aparatlarının quraşdırılması, qeydiyyatı ilə bağlı vergi orqanlarının apardığı tədbirlər bu sahədə müsbət dəyişikliklərlə nəticələnib.

2018-ci ildə qeydiyyatdan keçmiş NKA-ların sayı 18.603 ədəd olub ki, bu da əvvəlki ilə nisbətən 8,4 faiz çoxdur.

Mənbə: vergiler.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.