» » » Kassa çeklərində məlumatların sayı arta bilər

Kassa çeklərində məlumatların sayı arta bilər

posted in: Xəbər | 0
birbank biznes

kassa çekləriVergi Məcəlləsinə dəyişiklik nəticəsində istehlakçılar nisyə satış zamanı daha bir yenilikdən faydalanacaqlar. Məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, gələn ildən nəzarət-kassa aparatlarının (NKA) təqdim etdiyi məlumatların sayının artacağı gözlənilir. kassa çekləri

Dəyişiklərdə NKA çeklərində olan məlumatların sayı artırılır və dəyişiklikdən sonra çeklərdə bu məlumatlar əks olunacaq:

  • ödənilmiş məbləğ;
  • müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
  • nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
  • ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
  • çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
  • nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
  • geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Beləliklə, dəyişiklik sahibkarların işini yüngülləşdirəcək.

Əksər vergi ödəyiciləri iddia edirdilər ki, malların nisyə və ya bonus kimi verildiyi hallarda NKA çeki həmin malları üzrə ödənişlərin qəbul olunması mənasına gəlir və da uçot baxımdan müəyyən problemlər yaradır. Vergi Məcəlləsinə təklif edilən dəyişik nəticəsində bu boşluq da aradan qaldırılacaq.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kassa çekləri