» » » Karantin dövründə Vergi ödəyicisi VÖEN-ini ləğv etmək üçün nə etməlidir?

Karantin dövründə Vergi ödəyicisi VÖEN-ini ləğv etmək üçün nə etməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Karantin dövründə Vergi ödəyicisi VÖEN-ini ləğv etmək üçün nə etməlidir?

İstifadəçi Təlimatı vahid bəyannamə muzdluVergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun