» » » Kapital Bank və KOBİA-dan hüquqi şəxslərə və sahibkarlara dəstək!

Kapital Bank və KOBİA-dan hüquqi şəxslərə və sahibkarlara dəstək!

posted in: Xəbər | 0
birbank biznes

Kapital BankKoronavirus (COVID-19) infeksiyasının mikro, kiçik və orta sahibkarlara (KOS) mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına Kapital Bank da qoşuldu.

Koronavirus infeksiyasının sahibkarlar, xüsusilə də KOS-lar üçün yaratdığı çətinlikləri nəzərə alaraq, Kapital Bank sahibkarlara dəstək məqsədilə müxtəlif bank əməliyyatlarında güzəştlər edəcək. Artıq Bank tərəfindən sahibkarlara xarici ölkələrlə olan ticarət əlaqələrinin stimullaşdırılması məqsədilə Müştəri Bank (internet bankçılıq) vasitəsilə bütün istiqamətlərdə olan xaricə pul köçürmələri zamanı komissiyalarda endirimlər tətbiq olunarq 0,2% müəyyənləşdirilib.

Sahibkarlar ölkəxarici köçürmə əməliyyatları ilə yanaşı, əmək haqqı kartlarının sifarişi, əmək haqqı kartlarına mədaxil, ölkədaxili köçürmələr və s. digər əməliyyatları da Müştəri Bank (internet bankçılıq) vasitəsilə filiala gəlmədən həyata keçirə bilərlər. Qeyri-iş günlərində də Müştəri Bank fasiləsiz fəaliyyət göstərəcək. Həmçinin, KOS-ların maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində biznes kreditləri üzrə rəsmiləşdirmə komissiyası sıfıra endirilir, qiymətləndirmə və sığorta xərcləri isə Bank tərəfindən qarşılanır. Kampaniya 30 Aprel 2020-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən yeni məhsullar və kampaniyalar daim müştərilərin istifadəsinə təqdim ediləcəkdir. Bundan başqa Kapital Bank hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank