» » » Kapital Bank elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir

Kapital Bank elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir

posted in: Bank, Xəbər | 0
birbank biznes

Kapital Bank elektron ticarət ilə məşğul olanlara güzəştlər təqdim edir.

Kapital Bank elektron ticarət

 

Son günlər ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq Kapital Bank -la əməkdaşlıq etmək istəyən Elektron Ticarət (e-Commerce ) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilərlər.

Belə ki, Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlar 3 iş günü ərzində partnyorlar sırasına tam olaraq pulsuz qoşula bilərlər. Həmçinin kampaniya müddətində partnyorlara həm taksitli əməliyyatlar, həm də birdəfəlik ödəniş üçün endirimli komissiyalar təklif olunur.

Müraciət etmək istəyənlər (050) 255 01 96 , (051) 206 52 49 nömrələri və ya ecommerce@kapitalbank.az ünvanı ilə əlaqə saxlaya bilərlər. Kampaniya 31 may 2020-ci tarixinədək davam edəcək.

Bundan başqa sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil Smart kassaları da Kapital Bank-dan əldə edə bilərlər. Yeni nəsil “ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun