» » » Kadr uçotunun qurulması

Kadr uçotunun qurulması

posted in: Kadr, Xəbər | 0

İnsan resursları üzrə işin təşkili biznesdə ən vacib məsələlərdəndir. Yeni şirkət açarkən hər bir biznesmenin həll etməli olduğu problem sıfırdan kadr uçotunun qurulması, kadr uçotu üzrə lazımi sənədlər paketinin hazırlanmasıdır. Bakıda konsaltinq xidmətləri göstərən “Accounting.Az” MMC tərəfindən təqdim edilən kadr uçotunun qurulması xidməti sizə bu problemləri operativ və keyfiyyətli həll etməyə kömək edər. Xidməti sifariş etmək üçün +99412 310 09 29, +99412 598 37 98 telefon nömrələrinə zəng etmək olar.

Sıfırdan kadr uçotu – nələri nəzərə almaq lazımdır?

Şirkətlər insan resurslarının səmərəli idarə edilməsi üçün bir sıra sənədləri öncədən hazırlamalıdır, məsələn:

  • müxtəlif əmr nümunələri;
  • standart əmək müqaviləsi nümunəsi;
  • ərizələr, arayış, şəhadətnamələr üçün şablonlar;
  • Əsasnamə və təlimatlar;
  • daxili intizam qaydaları və sair.

Bundan əlavə, şirkətin rəhbəri yaxud məsul şəxs məzuniyyət cədvəlləri, iş vaxtının uçotu cədvəli (tabel), işçilərin şəxsi uçot vərəqləri, əmək kitabçaları, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sair bu kimi sənədlər haqqında biliyə malik olmalıdır.

Hətta siz fərdi sahibkar kimi qeydiyyatdan keçsəniz və sizin iki-üç işçiniz olsa belə, yenə də kadr uçotunu təşkil etməlisiniz. Bu proses məcburidir, ölkə qanunvericiliyi ilə tənzimlənir. İnsan resurslarının uçotu üzrə qaydalara etinasızlıq dövlət nəzarət orqanları ilə əmək mübahisələrinə səbəb ola bilər.

Biznes hesabi

Kadr uçotunun qurulması və aparılmasına minimum vaxt sərf etmək, işçilərin işə qəbulu, vəzifə dəyişiklikləri, işdən çıxması üzrə bütün sənədlərin mövcudluğu, insan resursları üzrə digər kargüzarlıq işləri biznesin qanunvericiliyə uyğun inkişafı üçün vacib şərtdir. Buna kadr uçotunun qurtulması işlərini “Accounting.Az” konsaltinq şirkətinə həvalə etməklə nail olmaq olar. Şirkət əmək qanunvericiliyi üzrə təhsil almaqla bilik və bacarıqlarını yeniləmək istəyənlər üçün kurslar da təklif edir.

Şirkətə müraciət üçün WhatsApp-a (+99450 225 82 05) yazın, “Geriyə zəng” xidmətindən istifadə edin. Sizi maraqlandıran suallara şirkətin peşəkar əməkdaşları həvəslə cavab verər.

Kadr uçotunun qurulması xidməti

Xidmətdən istifadə etməklə aşağıdakı faydaları əldə edə bilərsiniz:

  • Maliyyə vəsaitlərinə, əmək xərclərinə və vaxta qənaət – təcrübəli insan resursları mütəxəssisləri kadrlar üzrə effektiv hazır həllər hazırlayır, siz isə şirkətin inkişafı, marketinq, yeni satış bazarları və müştərilərin axtarışı və digər aktual məsələlərlə məşğul olursunuz;
  • Biznesin xüsusiyyətlərini nəzərə almaqla lazımi formalar, şablonlar, təlimatlar, qaydalar, tövsiyələr;
  • Hər kəs üçün insan resursları üzrə sənədləşmələr – şirkət fərdi sahibkarlar, MMC kimi qeydiyyatdan keçmiş hüquqi şəxslər, qeyri-kommersiya təşkilatları, ictimai təşkilatlar, birliklər, fondlar və s. ilə işləyir;
  • Fərdi yanaşma – “Accounting.Az” konsaltinq şirkətinin mütəxəssisləri kadr uçotunun aparılması üçün sənədlərin tam paketini və ya fərdi şablonları, nümunələri, formaları, qaydaları hazırlaya bilər.

Xidmətin qiyməti

“Accounting.Az” tərəfindən İnsan resursları departamenti (kadr işinə məsul şəxslər) üçün rahat bir sistem qurmaq, habelə kadr kargüzarlığı üzrə lazımi sənədlərin hazırlanması məqsədi ilə aşağıdakı variantlar təklif olunur:

  • yeni şirkətlər və yeni açılmış fərdi sahibkarlar üçün sıfırdan kadr uçotu;
  • fəaliyyətdə olan şirkətlərdə kadr uçotunun müxtəlif səbəblərdən yenidən qurulması. Nəzərə almaq lazımdır ki, şirkətdə insan resursları uçotunun düzgün aparılmadığı hallar ola bilər, bunu dəqiqləşdirmək üçün kadr uçotunun auditi aparmaq lazımdır.

Hər iki halda kadr uçotunun qurulması xidməti üzrə qiymətlər fərdidir, işçilərin sayından, sahibkarlıq fəaliyyətinin istiqamətindən və sair bu kimi amillərdən asılıdır.

“Accounting.Az” konsaltinq şirkətinin saytında “Əlaqə” bölməsinə keçid edib, sizin üçün rahat unsiyyət forması seçməklə əlavə məlumat ala bilərsiniz.