» » » Kadr uçotunun aparılması

Kadr uçotunun aparılması

posted in: Kadr, Xəbər | 0
birbank biznes

Kadrlarla işi optimallaşdırmaq, şirkətdə kadr sənədlərinin mövcud qanuni tələblərə tam uyğun olduğundan əmin olmaq istəyirsiniz? “Accounting Az” konsaltinq şirkəti ilə əlaqə saxlayın və kadr uçotunun aparılması xidməti üçün müqavilə bağlayın.

Zəng üçün telefon nömrələri : +99412 310 09 29, +99412 598 37 98

WhatsApp: +99450 225 82 05

“Geriyə zəng” xidmətindən istifadə etmək olar.

Kadr uçotunun aparılması xidmətinin üstünlükləri

Ştatlı kadr xidmətindən imtina etməklə yaxud onun tərkibində ixtisarlar aparmaqla xərclər azalacaq;

  • Kadr sənədləri AR Əmək Məcəlləsi və digər normativ hüquqi aktların tələblərinə uyğun olacaq;
  • Əmək Müfəttişliyi Xidmətinin və digər nəzarətedici orqanların yoxlamalarını itkisiz başa vuracaqsınız.

Kadr uçotunun aparılması xidmətinin tərkibi

  • İşçilərin işə qəbulu, onların vəzifəyə təyin edilməsi, əməkhaqqının dəyişdirilməsi, məzuniyyətlərin təyini, mükafatların verilməsi, işdən azad edilmə və s. haqqında əmrlərin hazırlanması və dərc edilməsi üzrə işlərin aparılması;
  • Vəzifə təlimatlarının hazırlanması;
  • İşçilərin şəxsi uçot vərəqələri, əmək kitabçalarının qeydiyyatı və aparılması;
  • Ştat cədvəllərinin hazırlanması və tənzimlənmsi, məzuniyyət cədvəllərinin tərtibi, iş vaxtının uçotu cədvəlinin (tabel) aparılması;
  • Əməkhaqqı, məzuniyyət və mükafatlar, xəstəlik vərəqi üzrə müavinətlərin, işçilərlə digər hesablaşmaların aparılması;
  • Əmək qanunvericiliyində dəyişikliklər barədə rəhbərliyə və kadr uçotu üzrə məsul şəxsə məlumat verilməsi;
  • İşçilərlə münaqişələrin həllində köməklik göstərilməsi;
  • Əmək qanunvericiliyi ilə bağlı məsələlər üzrə məsləhətlər və s.

Kadr uçotunun aparılması xidmətinin formaları

Tam dəstək:

Xidmətə müəssisədə kadrların idarə edilməsi ilə bağlı işlərin bütün spektri daxildir. Öz kadrlar şöbəsi olmayan təşkilatlar, çoxsaylı yaxud müntəzəm dəyişən (məsələn, fəaliyyətin mövsümi xarakterinə görə) işçi heyəti olan müəssisələr üçün uyğundur. Müəssisdə kadr uçotunun aparılması xidmətinin tam şəkildə göstərilməsi üçün, ilk incə kadr auditi aparılması zəruridir.

Qismən dəstək

Xidmət insan resurslarının idarə edilməsinin ayrı-ayrı sahələri üzrə kadr uçotunun aparılması işlərini nəzərdə tutur. Az sayda işçisi olan müəssisələr, habelə ştatda insan resursları üzrə işçi yaxud HR departamenti olan şirkətlər üçün uyğundur.

Kadr uçotu üzrə zəruri sənədlərin olmaması – birbaşa inzibatı cərimələrə aparan yoldur! Cəriməni yox, kadr uçotunun Accounting.Az şirkəti iə autsorsinqini seçin!

Kadr uçotunun  autsorsinqinin üstünlükləri

  • Kadr uçotu işçiləri üçün iş yeri təşkil etməyə ehtiyac yoxdur;
  • Görülmüş işdən asılı olmayaraq aylıq sabit əməkhaqqı deyil, yalnız faktiki görülən iş üçün ödəniş;
  • Pensiya fonduna, xəstəlik vərəqəsi, məzuniyyət üçün pul ödənmir;
  • Kadr uçotu mütəxəssislərinin işini yoxlamağa ehtiyac yoxdur;
  • Kadr uçotu mütəxəssislərinin müxtəlif mülkiyyət formalı, fəaliyyət istiqamətli və miqyaslı müəssisələrdə iş təcrübəsi;
  • Əmək qanunvericiliyi sahəsində müntəzəm yenilənən biliklər;
  • Kadr uçotunun aparılmasının konkret işçidən asılı olmaması – əgər mütəxəssis işdən çıxarsa və ya xəstələnərsə, dərhal başqası ilə əvəz olunur;
  • Məxfiliyə zəmanət.

Kadr uçotunun aparılması xidmətinin qiymətini

Xidmətin dəyəri bir sıra amillərdən asılıdır, məsələn:

  • işçilərin sayından;
  • müəssisə üçün vacib olan kadr əməliyyatlarının sayından;
  • kadr məsələlərinin həlli üçün ayrılan vaxtdan;

“Accounting Az” konsaltinq şirkətinin saytının Əlaqə səhifəsindən kadr uçotunun aparılması xidmətinin qiymətini öyrənməklə yanaşı, kadr xidmətləri ilə bağlı suallara da cavab ala bilərsiniz.