» » » İsveçrə barədə 25 maraqlı fakt (I hissə)

İsveçrə barədə 25 maraqlı fakt (I hissə)

posted in: Xəbər | 0

İsveçrə barədə 25 maraqlı fakt (I hissə)

Deyirlər ki, İsveçrədə bankların sayı diş həkimlərinin sayından çoxdur və dünyadakı bütün bahalı saatların yarısı bu ölkədə istehsal olunub.

  • İsveçrə həm də Confoederatio Helvetica kimi məşhurdur ki, bu da onun CH kimi qısaldılmış formasıdır. Rəsmi adı İsveçrə Konfederasiyasıdır – Bu, tarixi ənənədir, müasir İsveçrə isə 26 kantondan ibarət federativ respublikadır.
  • Dünyada kvadrat formasında dövlət bayrağına yalnız İsveçrə və Vatikan dövlətləri malikdir.
  • İsveçrə təkbaşına idarə olunmur. Ölkədə yeddi nəfər üzvü olan icra şurası fəaliyyət göstərir ki, o da kollektiv dövlət başçısı hesab olunur. Şura üzvlərindən bir il müddətinə prezident seçilir, hansı ki, ona primus inter pares – bərabər olanlar arasında birinci şəxs olaraq baxılır.
  • İsveçrə vətəndaşları parlament tərəfindən qəbul edilən istənilən qanuna etiraz edə bilərlər. Bundan ötrü 100 gün ərzində 5 min imza toplamaq lazım gəlir. Bu şərt yerinə yetirildiyi halda seçicilərin mübahisəli qanuna sadə səs çoxluğu ilə qərar verdikləri ümumxalq səsverməsi keçirilir.
  • İsveçrədə dörd rəsmi dil mövcuddur: fransız, alman, italyan və retroroman (latın köklü). Ölkə əhalisinin təxminən 60% ingilis dilini bilir.
  • İsveçrəlilər uzunömürlüdürlər. ÜST-ün məlumatına görə, 2015-ci ildə ölkədə orta ömür həddi kişilər üçün 81,3 il və qadınlar üçün 85,3 yaş təşkil edir. Bu rəqəmlər İsvçrəni orta ömür müddətinə görə Yaponiyadan sonra ikinci yerə çıxarıb.
  • İsveçrə doğulmaq, yaşama və xoşbəxt olmaq üçün dünyanın ən yaxşı yerlərindən biridir. Ölkə bütövlükdə və onun şəhərləri müxtəlif qlobal həyat keyfiyyəti reytinqlərində ən yaxşı yerləri tutur.
  • Ölkədə hündürlüyü 3 min metrdən yüksək olan 3 mindən çox dağ vardır ki, onların 24-ü 4 min metrdən ucadır. Ən yüksək (4634 m) Monte Roza dağı İsveçrə ilə İtalya sərhədi arasında yerləşir.
  • İsveçrədə 1500 göl var, onlardan ən böyüyü Cenevrə gölüdür. Şayiələrə görə, onun dibində 40-dan çox batmış gəmi var.
  • Liberal silah qanunlarına baxmayaraq, İsveçrə İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri (OECD) arasında ən aşağı cinayət nisbətinə sahibdir. Small Arms Survey hesablamalarına görə, İsveçrənin hər 100 sakininə təxminən 45,7 odlu silah aid olduğu məlum olub. Bu ABŞ (88,8) və Yəməndən (54,8) sonra üçüncü göstəricidir.
  • Orduda xidmət isveçrəli kişilərdən ötrü əvvəlki vaxtlarda olduğu kimi yenə də məcburidir. İsveçrə Avstriya ilə birlikdə bu normanın gözlənildiyi ən sonuncu Qərb ölkələrindəndir. Konstitusiyaya görə, 18 yaşına çatan kişi cinsindən olan vətəndaşlar orduda xidmət etməlidirlər, qadınlar üçün isə orduda xidmət könüllüdür. Qanun, xidmət bitdikdən sonra orduda alınan silahları (adətən yarıavtomatik tüfəng) şəxsi istifadədə saxlamağa icazə verilir. Bu, ölkədəki silah sahibliyinin yüksək səviyyəsini qismən izah edir.
  • İsveçrəyə gedən əsas yollar xarici işğal hallarından müdafiə olunur. Hücum hallarında bütün ölkəyə aparan əsas yollar, körpülər və dəmiryolları məhv ediləcək. Ən azından bütün ölkə üzrə 3000 belə yer verilən əmrlə bir anda partladılacaq.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun