» » » “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilib

“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0
birbank biznes

“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilib

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alır:9. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.0.12-ci, 5.1.5-ci, 17.8-ci və 19.0.2.8-ci maddələrdə ismin müvafiq hallarında “aktiv tədbirlər” sözləri ismin müvafiq hallarında “aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin;

9.2. 3-cü maddəyə “Konstitusiyası,” sözündən sonra “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu,” sözləri əlavə edilsin;

9.3. 5.1.6-cı və 19.0.3-cü maddələrdə “nəqliyyatı” sözü “xərcləri” sözü ilə əvəz edilsin;

9.4. 18-ci maddə üzrə:

9.4.1. 18.0.1-ci və 18.0.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;”;

“18.0.5. sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;”;

9.4.2. 18.0.9-cu maddəyə “müəssisəsinə” sözündən sonra “əyani” sözü əlavə edilsin;

9.4.3. 18.0.10-cu maddəyə “çağırıldıqda” sözündən sonra “, həmin müddətdə” sözləri əlavə edilsin;

9.4.4. 18.0.11-ci maddəyə “olduqda” sözündən sonra “, həmin müddətdə” sözləri əlavə edilsin;

9.4.5. 18.0.14-cü maddəyə “sənədlərdə” sözündən sonra “və məlumatlarda” sözləri əlavə edilsin və həmin maddədə “qanuna uyğun” sözləri “düzgün” sözü ilə əvəz edilsin;

9.4.6. 18.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 18.0.16-cı maddə əlavə edilsin:

“18.0.16. sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.”;

9.5. 19.0.2-ci maddədə “kimi qeydiyyata alınmış və işsiz statusu almış” sözləri “və işsiz kimi qeydiyyata alınmış” sözləri ilə və “aktiv tədbirlər” sözləri “aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin;

9.6. 19.0.2.1-ci maddədə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə əvəz edilsin;

9.7. 19.0.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

19.0.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi;”;

9.8. 19.0.2.7-ci maddədə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə, “əlavə iş yerlərinin və ixtisaslaşdırılmış” sözləri “kvotadan əlavə iş yerlərinin və sosial” sözləri ilə əvəz edilsin;

9.9. 19.0.6-cı maddədə “Aktiv tədbirlər” sözləri “Aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İşsizlikdən sığorta