» » » İşsizlikdən sığorta fondunun büdcəsi haqqında

İşsizlikdən sığorta fondunun büdcəsi haqqında

posted in: Xəbər | 0
birbank biznes

“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun təsdiqlənib

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci maddədə hər iki halda “83 451 400,0” rəqəmləri “98 451 400,0” rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“ 3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsait 15 000 000,0”

3. 3-cü maddə üzrə:

3.1. 2-ci hissədə “1 800 000,0” rəqəmləri “2 800 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 6-cı hissədə “42 041 400,0” rəqəmləri “56 041 400,0” rəqəmləri ilə əvəz edilsin.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İşsizlikdən sığorta