» » » İş və istirahət günlərinin yerləri dəyişdirilib

İş və istirahət günlərinin yerləri dəyişdirilib

posted in: Xəbər | 0
birbank biznes

İş və istirahət günlərinin yerləri dəyişdirilib

İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                         Əli Əsədov

Mənbə: cabmin.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son xəbərləri izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
iş istirahət