» » » İşçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında Nazirlər Kabinetinin Qərarı

İşçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında Nazirlər Kabinetinin Qərarı

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR     KABİNETİ

Q Ə R A  R

№ 89

Bakı şəhəri, 13 mart 2018-ci il

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif

(vəzifə) maaşlarının tənzimlənməsi haqqında

“Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 28 fevral tarixli 3724 nömrəli, “Dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 28 fevral tarixli 3725 nömrəli, “Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 1 mart tarixli 3731 nömrəli, “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 1 mart tarixli 3732 nömrəli, “Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3741 nömrəli, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3743 nömrəli, “Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3744 nömrəli, “Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3745 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən
  2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 618; 2017, № 4, maddə 673; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 yanvar tarixli 14 nömrəli qərarı) ləğv edilsin (2-ci hissəsi istisna olmaqla).
  3. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə

 

 

Azərbaycan Respublikasının

Baş naziri                                                  Artur Rasi-zadə

 

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin

ödənilməsinin Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 143
2 146
3 149
4 152
5 155
6 161
7 167
8 174
9 182
10 190
11 198
12 206
13 216
14 231
15 251
16 294
17 396
18 535
19 825

 

 

Aparatın rəhbəri                                                                      Ağa-Bala Hacıyev

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət

büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 160
2 168
3 176
4 184
5 192
6 200
7 208
8 216
9 227
10 240
11 253
12 267
13 281
14 306
15 335
16 388
17 495
18 634
19 875

 

Aparatın rəhbəri                                                                  Ağa-Bala Hacıyev

Mənbə: cabmin.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az