iqtisadiyyat1.İqtisadiyyat iki əsas istiqamətə malikdir  – mikroiqtisadiyyat və makroiqtisadiyyat.

2.Təklif və tələbat qanunu – iqtisadiyyatın təməlidir.

Hər hansı bir məhsulun tədarükündə artım müşahidə olunanda onun qiyməti aşağı düşür və hər dəfə mala tələbat artdıqda isə qiymət yüksəlir. Beləliklə, sizdə buğda istehsalı həddən ziyadə yüksəldikdə, qida ərzaqları məhsullarının qiyməti aşağı düşməlidir, istehsal aşağı düşdükdə isə əksi baş verir.

3.Faydalılıq limiti. 

Sizdə hər dəfə hər hansı bir şeyin miqdarı artdıqda, onun istifadə imkanları azalır. Məsələn, 300 manatlıq aylıq maaşınıza 100 manatın əlavə olunması, sizi ayda 1000 manatlıq qazancınızdan daha çox xoşbəxt edəcəkdir. Bu məhsulların qiymətinin yaranmasında geniş istifadə olunur.

Biznes hesabi

4. Ümumdaxili məhsul (ÜDM)

ÜDM iqtisadiyyatın həcminin əsas ölçüsüdür. O, bütün insanların gəlirlərinin cəminə və ya bu ölkədə istehsal olunan bütün malların və xidmətlərin bazar dəyərinin cəminə bərabərdir. Məsələn, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ, 21 trilyon dollar səviyyəsində ÜDM-ə malikdir.  Bu isə o deməkdir ki, ABŞ-da hər il 21 trilyon dollarlıq məhsullar və xidmətlər istehsal olunur.


Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil olun


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun