birbank biznes

iqtisadiyyatİqtisadi nəzəriyyə cəmiyyətin inkişaf tarixi ilə əlaqəli öz inkişaf tarixinə malikdir. Hələ qədim dövrün alimləri belə suallara cavab verməyə çalışırdılar: nə üçün mallar bir-birinə müəyyən nisbətlərdə mübadilə edilir, qiymətlərin formalaşmasının əsasını nə təşkil edir.

1615-ci ildə fransız alimi Antuan Monkretyen “Siyasi iqtisad traktatı”nda elmi dövriyyəyə “siyasi iqtisad” terminini daxil etmişdi. Siyasi iqtisad dedikdə, o, iqtisadi fəaliyyət qaydalarını öyrənən elmi başa düşürdü. İqtisadi proseslərin elmi təhlilinin mümkünlüyü feodalizmin parçalanması və kapitalizmin meydana çıxması ilə ortaya çıxdı. Bu prosesin nəzəri əks olunması isə merkantilizm oldu.

Merkantilizm. XVI – XVII əsrlərdə ilk iqtisadi nəzəriyyənin yaranması, ənənəvi empirik izahata uymayan əmtəə-pul münasibətlərinin inkişafı ilə bağlıdır. Buna görə də, merkantilistlər xarici ticarətin inkişafında cəmiyyətin sərvətinin mənbəyini görürdülər. Bu iqtisadi məktəbin ən görkəmli nümayəndələri ingilis Tomas Mann və fransız alimi Jan Batist Kolber idi.


Daha ətraflı oxumaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun