» » » İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsi ləğv edilib

İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsi ləğv edilib

posted in: Xəbər | 0

İnzibati XətalarAzərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib, təsdiqə əsasən Məcəllənin 450-ci (Aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların  nağd qaydada alqı-satqısı) maddəsi ləğv olunub.

Bu maddəyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirdi:

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

Maddə 450. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı

450.1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə –

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

450.2. Pərakəndə satış istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması –

yüz manat məbləğində cərimə edilir.

Bax: Vergilər Nazirliyinin səlahiyyətləri artırıldı

Qeyd: Bu Məcəllənin 450.1-ci maddəsində “az miqdarda” dedikdə beş yüz manatadək, 450.2-ci maddəsində isə “az miqdarda” dedikdə əlli manatadək olan məbləğ başa düşülür.

Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, belə məhsulların nağd qaydada alqı-satqısına görə inzibati cərimələri müəyyən edən müddəaların İnzibati Xətalar Məcəlləsindən çıxarılmasını və maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan müddəa Vergi Məcəlləsinə əlavə edilib.

Qanuna dəyişikliyin tam mətni aşağıdakı kimidir:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddə 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1251-VQD, 1254-VQD, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD, 1317-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 43.1-ci maddədən “450.1,” rəqəmləri çıxarılsın;

1.2. 450-ci maddə ləğv edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Mənbə: president.az

Bax: Sənədsiz mal qalığına görə cərimədən azad olunurlar – 6%-lik Sadələşdirilmiş Vergi ödəyicilərinə böyük güzəşt!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.