» » » İnternat evlərinə yardım göstərən hüquqi şəxsə vergi güzəşti tətbiq edilirmi?

İnternat evlərinə yardım göstərən hüquqi şəxsə vergi güzəşti tətbiq edilirmi?

posted in: Xəbər | 0
birbank biznes

vergi güzəşti güzəştHüquqi şəxs Təhsil Nazirliyinin tabeliyində olan xüsusi internat evlərinə köçürmə yolu ilə deyil, natura şəklində yardım göstərmək niyyətindədir. Vergi Qanunvericiliyinə görə bu əməliyyat üzrə vergi güzəşti tətbiq olunurmu və natura şəklində internat evlərinə verilən mallara görə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxs tərəfindən internat məktəblərinə yardım natura formasında göstərildiyindən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti təşkilata tətbiq edilmir.

Bununla yanaşı, vergi qanunvericiliyinin müddəalarına əsasən, sorğuda qeyd olunan halda hüquqi şəxs tərəfindən internat məktəblərinə natura formasında yardımın göstərilməsi (uşaq yeməklərinin əvəzsiz qaydada verilməsi) malların təqdim edilməsi hesab olunur. Həmin mallara görə isə vergiödəyicisi olan qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməlidir. Təqdim edilən malların elektron qaimə-fakturada yardım kimi verilməsinin qeyd olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmayıb.

Həmçinin hüquqi şəxs tərəfindən natura formasında yardımın verilməsi (uşaq yeməklərinin əvəzsiz təqdim edilməsi) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada malların təqdim edilməsi hesab edilir, ƏDV-nin və mənfəət vergisinin vergitutma obyektini yaradır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun