» » » İlkin biznes layihələrinin maliyyələşdirilməsi qaydaları müəyyənləşib

İlkin biznes layihələrinin maliyyələşdirilməsi qaydaları müəyyənləşib

posted in: Xəbər | 0
birbank biznes

İlkin biznes layihələrinin maliyyələşdirilməsi qaydaları müəyyənləşib

biznes

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan Kiçik və orta biznesin (KOB) inkişafı mərkəzləri yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi verəcək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil edəcək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək üçün təkliflər hazırlayaraq Agentliyə təqdim edəcək. Bu haqda məlumat avqust ayından qüvvəyə minəcək “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə” və “Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə”də əksini tapıb.


Teleqram kanalımıza üzv olun


KOB inkişaf mərkəzlərinin vəzifələri sırasına startapların qeydiyyatı sistemini yaratmaq və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək, eləcə də donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və KOB-ları dəstəkləyən layihələrini əlaqələndirmək, birgə təşəbbüslər həyata keçirmək üçün təkliflər hazırlamaq da daxil edilib. KOB inkişaf mərkəzləri startaplar üçün biznes inkubatorlarının, biznes akseleratorlarının tapılması və bu tipli mexanizmlərin yaradılması və ya onların nümayəndəliyinin açılması işini də təşkil edəcək.

Əsasnaməyə əsasən, KOB inkişafı mərkəzinin fəaliyyətinə Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. KOB inkişafı mərkəzinin direktoru KOB inkişafı mərkəzinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
biznes