» » » İcbari tibbi sığortadan yayınanlar məsuliyyətə cəlb ediləcək – Tibbi sığorta haqqında qanuna dəyişiklik edildi

İcbari tibbi sığortadan yayınanlar məsuliyyətə cəlb ediləcək – Tibbi sığorta haqqında qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin ikinci hissəsində “dövlət orqanıdır” sözləri “qurumdur” sözü ilə əvəz edilsin.

Biznes hesabi

2. 16-cı maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2018-ci il.

Mənbə: president.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az