» » » İcbari tibbi sığorta fonduna ödənilən təqvim haqları ləğv edilir

İcbari tibbi sığorta fonduna ödənilən təqvim haqları ləğv edilir

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda İcbari tibbi sığorta fonduna ödənilən 50%-lik və 5%-lik təqvim haqları ləğv edilir

təqvim haqları İcbari tibbi sığorta

Gələn ildən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığorta müqavilələri üzrə təqvim haqlarının 50%-nin İcbari tibbi sığorta fonduna ödənilməsi dayandırılacaq.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dövlət başçısının imzaladığı digər qanuna əsasən, sığortalı tərəfindən sığortaçıya icbari sığorta müqaviləsinə uyğun olaraq ödənilən sığorta haqqının 5%-nin icbari tibbi sığorta fonduna ödənilməsi dayandırılır.

Tam mətnə nəzər yetirin:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 48) ləğv edilsin.

Maddə 2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 49) ləğv edilsin.

Maddə 3. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təqvim haqları icbari tibbi sığorta