» » » İcarəyə götürənin çəkdiyi təmir xərcləri gəlirdən necə çıxılır?

İcarəyə götürənin çəkdiyi təmir xərcləri gəlirdən necə çıxılır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

İcarəyə götürənin çəkdiyi təmir xərcləri gəlirdən necə çıxılır?


Sual: A müəssisəsi B müəssisəsindən 3 mərtəbəli binanın 2 mərtəbəsini icarəyə götürür. Müqavilədə qeyd edilir ki, icarəyəgötürən cari təmirləri və eləcə də istismar xərclərini öz hesabına ödəyir. İcarəyəgötürən 100.000 Azn-lik mal-material istifadə edərək təmir işləri aparır. Təmir üçün istifadə olunmuş mal-material hara aid edilir? Xərcə aid edilir yoxsa mənfəət hesabına silinir? Təmirə çəkilmiş xərclərin cəmini əsas vəsait kimi göstərmək olarmı?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas vəsaitlərin uçota alınması məsələlərinə dair aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur

Bax: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri, Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.