Həbs olunan şəxsin Vergi borcu silinir?
Sual: Həbs olan şəxsin, 5 il azadlıqdan məhrum olunmuş, vergi borcu silinirmi?
Cavab: Bildiririk ki, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi ödəyicisinin müəyyən müddətə azadlıqdan məhrum edilməsi onu vergi öhdəliklərinin yərinə yetirilməsindən azad etmir. Vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
Mənbə: taxes.gov.az