» » » Hazırda vergi ödəyicilərinin sayı nə qədərdir?

Hazırda vergi ödəyicilərinin sayı nə qədərdir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Hazırda vergi ödəyicilərinin sayı nə qədərdir?

vergi ödəyicilərinin sayı

Azərbaycanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyondan çoxdur.

2020-ci ilin may ayının 1-nə respublika üzrə 1 milyon 069 min 762 vergi ödəyicisi qeydiyyatda olub. Onların 925 min 818-i və ya 86,5 faizi fiziki şəxs, 143 min 944-ü və ya 13,5 faizi hüquqi şəxslər və digər təşkilatlardır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 66 min 897 vahid (106,7 faiz) artıb. Bu artımın 52 min 475 vahidi fiziki şəxslərin, 14 min 422 vahidi isə hüquqi şəxslərin payına düşüb. Fiziki və hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 106 faiz və 111,1 faiz təşkil edib.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 13 min 842 vahid (12,1 faiz) artaraq 128 min 380 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 564 vahid təşkil etmiş və ya müqayisə edilən dövrdə 580 vahid (3,9 faiz) artıb.

 

 

 

 

 

 

 

 

 

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun