» » » Hazırcavab mühasib

Hazırcavab mühasib

posted in: Audit, muhasibat, Xəbər | 0
birbank biznes

Sinaqoqlardan birinə Moskvadan auditor gəlir, onu mühasib Abram Abramoviç qarşılayır ki, onun da hesabatlarında hər şey qəpiyinə qədər düz gəlir…

Müfəttiş fikrə dalır: Axı, mümkün deyil ki, bu adam haradasa səhvə yol verməsin…
Oturub fikirləşir, fikirləşir və deyir:
– Sizdə süpürgədən istifadə edirlər…?
– Əlbəttə…
– Aha, bəs süpürgələr köhnələndə siz onları nə edirsiniz?
– Bilirsiniz, girişdə 1№li yeşik qoymuşuq, istifadə olunmuş süpürgələri onun içinə yığırıq və yeşik dolanda, onu möhürləyib, Moskvaya yola salırıq və əvəzində bizə yeni süpürgələr göndərirlər…
– Oldu, hər şey əladır… Bəs sinaqoqda şamlardan istifadə olunur?
– Təbii ki, istifadə olunur, zirzəmidə 2№li yeşik qoyulub, biz işlənmiş şamları ora toplayırıq, dolanda möhürləyib Moskvaya göndəririk və oradan bizə yeni şamlarla dolu yeşik göndərirlər…
– Hər şey tamamilə düzdür…
Müfəttiş oturub düşüncəyə dalır və nəhayət sanki fikirləşdiyini tapıbmış kimi sevinir…
– Burada elan gördüm, orada deyilir ki, sinaqoqda sünnət də edirsiniz. Sünnətdən sonra, kəsilmiş pülükləri bəs nə edirsiniz?
– Bilirsiniz, bizim zirzəmidə soyuducu var və orada üzərində 3№li selofan paket durur. Kəsilmiş pülükləri ora toplayırıq və dolandan sonra Moskvaya yola salırıq…
– Bəs geriyə sizə nə göndərirlər?
– Baxır nə vaxt nə göndərirlər… Görürsünüz bu gün sizi göndəriblər…

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.