AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 344
Bakı şəhəri, 6 avqust 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 823) ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.1-2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1.1. gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat;
2.1.2. gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat;
2.1.3. gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat;
2.1.4. gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat;”;
1.2. aşağıdakı məzmunda 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilsin:
“2.1.5. gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat;
2.1.6. gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat;
2.1.7. gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.”;
1.3. 2.6.1-ci yarımbənddə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin;
1.4. 2.6.2-ci yarımbənddə “15” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin;
1.5. 5.1.2-ci yarımbənddə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov
Mənbə: cabmin.gov.az