» » » Bu məhsul gömrük rüsumundan azad edilib

Bu məhsul gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycana idxal olunan emal üçün propan gömrük rüsumundan azad edilib

Bu gündən təmizliyi 99%-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən  propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevrilmələr, o cümlədən digər məqsədlər üçün təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan propan 15 faiz idxal gömrük rüsumundan azad edilib. Təmizliyi 99 %-dən az olmayan propan üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gömrük rüsumu