» » » Bəzi şəxslər üçün gəlir vergisindən azadolma məbləği artırılır

Bəzi şəxslər üçün gəlir vergisindən azadolma məbləği artırılır

posted in: Xəbər | 0
birbank biznes

Audit, Audit xidməti, Vergi, Vergi bəyannaməsi, Mühasibat, Mühasibat uçotu, Mühasibat xidməti, Muhasib, MühasibMilli Məclisin bu gün keçirilən plenar iclasına Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə azadolma məbləği 100 manatdır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun