» » » G20 ölkələri koronavirus pandemiyasının nəticələri ilə mübarizə aparmaq niyyətindədir

G20 ölkələri koronavirus pandemiyasının nəticələri ilə mübarizə aparmaq niyyətindədir

posted in: Xəbər | 0
birbank biznes

G20 koronavirusG20 ölkələri koronavirus pandemiyasının nəticələri ilə mübarizə aparmaq niyyətindədir.

G20 ölkələri koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmək niyyətindədirlər. Bu məlumatı RİA Novosti agentliyi yayıb.

Bu barədə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən sonra verilən açıqlamada deyilir.

G20 üzvləri, insanların həyatını, işlərini və gəlirlərini qorumaq, eləcə də qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək və maliyyə sistemlərinin sabitliyini artırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam etmək niyyətlərini təsdiqləyiblər.

Pandemiyadan sonra beynəlxalq ticarətin, investisiyaların dəstəklənməsi və iqtisadi artımın təmin edilməsi üçün tədbirlər görüləcəkdir.

Bundan əlavə, iclas iştirakçıları beynəlxalq ədalətli, dayanıqlı və müasir vergitutma sisteminin yaradılmasının zəruriliyini qeyd ediblər.

Bundan əvvəl isə “iyirmilik” ölkələri pandemiyadan ən çox zərər çəkmiş turizm sahəsini dəstəkləməyə hazır olduları barədə razılığa gəlmişdilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun