» » » 2020-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə YADDAŞ

2020-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ödənilməli vergilər2020-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə Y A D D A Ş

2020-ci ilin yanvar ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2020-ci ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2020-ci ilin fevral ayının 17-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə 2020-ci ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Muzdlu işlə əlaqədar 2020-ci ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə 2020-ci ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Xüsusi notariusların 2020-ci ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən

  • 2020-ci ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri fevral ayının 17-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: 15.02.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixədək ödənilməli cari ödəmələrin və sığorta haqlarının ödənilməsinin son müddəti 17.02.2020- ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ödənilməli vergilər