» » » Vergi ödəyicisi fəaliyyət növünü dəyişdirməklə bağlı nə etməlidir?

Vergi ödəyicisi fəaliyyət növünü dəyişdirməklə bağlı nə etməlidir?

posted in: Xəbər | 0
birbank biznes

vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMən taksi xidməti göstərmək üçün VÖEN almışam, ancaq indi fəaliyyət növunü dəyişdirmək istəyirəm. Bunun üçün nə etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament.


Mənbə: vergiler.az