» » » Əməkhaqqının ödənilməsi barədə tələblər

Əməkhaqqının ödənilməsi barədə tələblər

posted in: Xəbər | 0
birbank biznes

əməkhaqqı maaşlar ABŞ“Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbinə görə əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əməkhaqları yalnız nağdsız qaydada ödənilməlidir (Maddə 3.4.4).

Əks halda bu pozuntuya görə işəgötürənə əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (Vergi Məcəlləsi 58-7.1.1)

Nəzərə almaq lazımdır ki, işəgötürən tərəfindən işçiyə minimum aylıq əməkhaqqıdan az maaş verilə bilməz. Bu hal müəyyən edilərsə, yəni müəyyən edilmiş minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqı verilərsə, vəzifəli şəxslər 1000-1500 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, hazırda minimum əməkhaqqı 300 manat məbləğində müəyyən edilmişdir.

Ümumilikdə isə qeyd etmək lazımdır ki, işəgötürən tərəfindən aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. (Əmək Məcəlləsi maddə 172)

Göründüyü kimi hər bir halda əməkhaqqı iki hissədə verilməli olduğuna baxmayaraq işəgötürənlər tərəfindən işçilərin aylıq əməkhaqlarının illik dövr üçün hesablanması əsas gətirilərək ayda 1 dəfə də belə bir ödəniş mümkündür.

Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

İşəgötürən tərəfindən əməkhaqqının ödənilməsi üçün kartlar ölkədə fəaliyyət göstərən banklar və ya poçt rabitəsinin milli operatoru arasında aşağıdakı şərtləri qeyd etməklə bağlanan müqaviləyə əsasən alınır. Müqavilədə göstərilməli başlıca şərtlərə aiddir:

  • tərəflərin hüquq və vəzifələri
  • limitlər
  • xidmət haqqı,
  • valyuta mübadiləsi
  • bloklama
  • kartın oğurlanması
  • kartla əməliyyatlar və digər.

(Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları 3.5)


Xüsusi statuslu şəxslər barədə