» » » Əvəzləşməyən ƏDV məbləğinin hesablanması

Əvəzləşməyən ƏDV məbləğinin hesablanması

posted in: Xəbər | 0
birbank biznes

Əvəzləşməyən ƏDVVergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azaddır.

Qanunvericiliyin tələbini izah edən mühasib Aytən Abdıyeva bildirib ki, təcrübədə ƏDV-dən azad məhsullar satılan zaman bəzən əvəzləşdiriləcək məbləğin müəyyən hissəsini əvəzləşdirmək mümkün olmur. Belə olan halda həmin məbləğ əvəzləşdirilən ƏDV-dən azalıb malın maya dəyərinə əlavə olunur.

Misal: ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat ayında ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsi 50.000 manat, ƏDV-dən azad olan əməliyyatlar üzrə 30.000 manat, ƏDV-yə 0 dərəcəsi ilə cəlb olunan əməliyyatlar üzrə 20.000 manat olub.

Cəmi: 50.000+30.000+20.000=100.000
Xüsusi çəki azad/Cəmix100 = 30.000/100.000 x 100% = 30%

Mal alışı zamanı 20.000 ödənilən ƏDV 3.600 manat

Əvəzləşməyən ƏDV 3.600×30% = 1.080 manat.

Yerli istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ƏDV ancaq ticarət əlavəsindən hesablandığına görə nəticə bu misaldakı kimi olacaq:

Tutaq ki, vergi ödəyicisi 7.800 manatlıq malı 9.000 manata satıb. Əlavə 2-də

1.200 x 18% hesablandığına görə dövriyyəyə daxil olan məbləğ 1.200 manat olacaq.

9.000-7.800 = 1.200 manat
50.000+30.000+20.000+1200 = 101.200 manat

Xüsusi şəki azad/Cəmi x 100=30.000/101.200×100%=29,64%
Əvəzləşməyən ƏDV məbləği = 3.600 x 29,64% = 1.067,04 manat.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun