» » » Əsas vəsaitlərin satışı hansı halda gəlir və ya zərər kimi qəbul edilmir?

Əsas vəsaitlərin satışı hansı halda gəlir və ya zərər kimi qəbul edilmir?

posted in: Xəbər | 0
birbank biznes

Əsas vəsaitlərin satışı, əvəzləşdirmə, Mühasibatlıq üzrə Kargüzar, Vakansiya, MüavinətVergi tutulan gəlirin müəyyən edilərməsi zamanı sual doğuran məqamlardan biri də əsas vəsaitlərin satışının hansı halda gəlir və ya zərər kimi qəbul edilməsi ilə bağlıdır. İqtisadçı ekspert Mahmud Abasquliyev mövzu ilə bağlı şərh edib.

Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və (əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə) aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Vergi Məcəlləsinin 142.1-ci və 142.2-ci maddələrinə nəzər saldıqda isə görərik ki, 142.1-ci maddədə aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir. Vergi Məcəlləsinin 142.2-ci maddəsində isə aktivlərin təqdim edilməsindən yaranan zərərin aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin 143-cü maddəyə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərq olduğu göstərilir.

Vergi Məcəlləsinin 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir.

Əsas vəsaitləri şərti olaraq dəzgah adlandıraq:

Misal 1: “AA” MMC -nin balansında olan tornaçı dəzgahı haqqında məlumat aşağıdakı kimidir.

İlkin dəyər – 17.000 manat

Yığılmış amortizasiya – 6.000 manat

Qalıq dəyəri – 11.000 manat

Şirkət tornaçı dəzgahını 13.000 manata satır. Bu zaman şirkətin vergiyə cəlb olunan gəliri 2.000 manat (13.000-11.000) olacaqdır.

Vergi Məcəlləsinin 114.9-cu maddəsinə nəzər yetirsək görərik ki, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.

Misal 2: “AA” MMC -nin balansında olan tornaşı dəzgahı haqqında məlumat aşağıdakı kimidir:

İlkin dəyər – 17.000 manat

Yığılmış amortizasiya – 6.000 manat

Qalıq dəyəri – 11.000 manat.

Şirkət tornaçı dəzgahını 9.000 manata satır. Vergi ödəyicisi satışda 2.000 manat zərər edir. Ancaq vergi ödəyicisinin öz vəsaiti hesabına aldığı dəzgahın balansında qalan dəyərini sıfırlamaq üçün qalıq dəyəri gəlirdən xərc kimi çıxılır. Təbii ki, əsas vəsaitin dəyərindən aşağı satılmasının bir neçə səbəbi ola bilər. Əsas odur ki, vergi ödəyicisi onun bazar dəyərindən aşağı satmaq məcburiyyətində qalmasına dair əsasverici dəlil gətirsin.

Burda sual yaranır ki, bəs hansı halda dəzgahın satışı gəlir və ya zərər kimi qəbul edilmir. Bunun üçün Vergi Məcəlləsinin 144.1.3-cü maddəsinə nəzər yetirmək lazimdir. Maddədə aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə dəzgahın satışı gəlir və ya zərər kimi qəbul edilmir.

Misal: “AA” MMC -nin balansında olan Tokar Dəzgahı haqqında məlumat aşağıdakı kimidir.

İlkin dəyər – 17.000 manat

Yığılmış amortizasiya – 6.000 manat

Qalıq dəyəri – 11.000 manat.

Şirkət dəzgahı 13.000 manata satır və əldə olunan məbləği eyni növdə olan digər dəzgahın üzərinə investisya qoyur. Şirkət bu zaman 11.000 manatı gəlirdən xərc kimi çıxacaq. Lakin şirkətin fərqdən əldə etiyi 2000 manat məbləği (13.000-11.000) isə qərəzsiz şəkildə eyni növdə olan digər dəzgahın üzərinə investisya kimi qoyduğu zaman həmin məbləğ vergiyə cəlb olunan gəlir kimi tanınmadan dəzgahın dəyərini artıracaqdır.

Əlavə olaraq onu da qeyd edək ki, Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən, təmir norması nəzərə alınmadan 2.000 manat birbaşa olaraq eyni növdə olan dəzgahın üzərinə əlavə edilərək onun qalıq dəyərini artırır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun