» » » 2022-ci il üçün əməkhaqqı cədvəli – əməkhaqqıdan tutulmalar necə hesablanacaq?

2022-ci il üçün əməkhaqqı cədvəli – əməkhaqqıdan tutulmalar necə hesablanacaq?

posted in: Excel, Xəbər | 0
birbank biznes

2022-ci il üçün əməkhaqqı cədvəli – əməkhaqqıdan tutulmalar necə hesablanacaq?
əmək məzuniyyəti müavinət

Bildiyimiz kimi, 2022-ci il 1yanvar tarixindən əməkhaqqı tutulmalarında olacaq dəyişikliklər İcbari Tibbi sığorta məbləği ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:

  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə 2022-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi (2021-ci ildə bu 1 % idi);
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2022-ci ildən etibarən 2 faizi (2021-ci ildə 1 faiz idi);
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bütün bunlar özlüyündə əməkhaqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əməkhaqqısı olan işçisinin  2021 və 2022-ci il üçün əməkhaqqıdan tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

2021 2022
Əməkhaqqı Məbləği 500 500
Gəlir vergisi (işçi tərəfindən) 0 0
Pensiya Fondu (işçi tərəfindən) 36 36
Pensiya Fondu (işəgötürən tərəfindən) 89 89
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən) 2,5 2,5
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən) 2,5 2,5
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən) 5 10
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən) 5 10
İşçinin aldığı net əməkhaqqı 456,5 451,5

 

2022-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən və neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əməkhaqqı cədvəlini aşağıdakı linklərdən yükləyə bilərsiniz.

2022-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün Əməkhaqqı cədvəli (2715 downloads )

2022-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün Əməkhaqqı cədvəli (958 downloads )


Müəllif: Ramin Ramazanov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun