» » » Əsas vəsaitlər hansılardır?

Əsas vəsaitlər hansılardır?

posted in: Uncategorized | 0
birbank biznes

Əsas   vəsaitlərin   uçotunun   təşkili    və    obyektləri   haqqında   dəqiq informasiyanın formalaşması üçün onların əsaslandırılmış təsnifləşdirilməsi böyük əhəmiyyətə malikdir. «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da 01№-li «Əsas vəsaitlər» hesabında uçota alınan əmək vasitələri iqtisadiyyatda müvafiq təhlil aparmaq üçün aşağıdakı qaydada təsnifləşdirilmişdir:

– Binalar;

– Qurğular (tikintilər); – Ötürücü qurğular;

– Maşınlar və avadanlıqlar; – Nəqliyyat vasitələri;

– İstehsalat alətləri və təsərrüfat avadanlıqları; – İşçi və məhsuldar heyvanlar;

– Kitabxana fondu; – Sair əsas vəsaitlər.

Binalarabütün növ istehsalat və təsərrüfat təyinatlı binalar, o cümlədən idarə heyətinin yerləşdiyi binalar, sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları, internat evləri, qocalar və əlillər evləri, uşaq müəssisələri, kitabxana, muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər və başqa istehsalat və təsərrüfatların yerləşdikləri bütün növ binalar aiddir.

Qurğulara (tikintilərə) müəyyən texniki funksiyaları yerinə yetirən mühən-dis-texniki obyektlər, stadionlar, hovuzlar, yollar, körpülər, heykəllər, binaların hasarları, vodokaçkalar (suçıxaranlar), ictimai bağlar, bağçalar və bu kimi başqa qurğular aiddir.

Ötürücü qurğularaelektrikötürücülər və xətlər, transmissiyalar və boru kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə, istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir.

Maşın və avadanlıqlara güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə başqa maşın və avadanlıqlar aiddir. Bunlar təqribən aşağıdakı qaydada qruplaşdırılır:

  1. Güc maşınları və avadanlıqlarına: – elektrik enerjisi və istilik hasil edən maşın-generatorlar və müxtəlif növ enerji (su enerjisi, külək enerjisi, istilik enerjisi, elektrik enerjisi və s.) hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları aiddir.
  2. İş maşınları    və    avadanlıqlarına:   istehsalat    prosesində   mexaniki mühərriklərin, insan və heyvan gücünün köməyi ilə əmək predmetlərinin yerdəyişməsinə və istehsalat xarakterli işlərin (xidmətlərin) görülməsində, yaxud məhsul hazırlığı prosesində əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş maşınlar, aparatlar və avadanlıqlar aiddir.
  3. Ölçü cihazlarına: – dozatorlar, ampermetrlər, barometrlər, vatt-metrlər, suölçənlər, vakuummetrlər, vaporimetrlər,   voltmetrlər,   hündürlükölçənlər, qalvanometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları aiddir.
  4. Tənzimləyici cihazlar və qurğulara: – oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik qurğuları tənzimləyən cihazlar. avtomatik idarəetmə pultları, blokirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətli qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular aiddir.
  5. Laboratoriya avadanlıqlarına: – pirometrlər, nizamlayıcılar, kalori-metrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya koprları, mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa laboratoriya avadanlıqları aiddir.
  6. Hesablama texnikasına: – elektron-hesablayıcılar, idarəçi və analoji maşınlar, rəqəmli hesablayıcı maşınlar və qurğular və bu kimi başqa hesablama texnikası aiddir.
  7. Tibbi avadanlıqlara: – diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanköçürmə stansiyaları və bu kimi başqa tibbi avadanlıqlar aiddir.
  8. Sair maşın və avadanlıqlara: – yuxarıdakı qruplarda adları çəkilməyən maşınlar, aparatlar və avadanlıqlar, yəni idman meydançalarının, binalarının, stadionların    avadanlıqları    və     idman     alətləri,     təhsil     müəssisələrində, emalatxanalardakı,   kabinetlərdəki,     otaqlardakı  avadanlıqlar,   kinoaparatlar, işıqlandırma aparatları, səhnə avadanlıqları, musiqi alətləri, televizorlar, radioaparatlar, elmi-tədqiqat müəssisələri və başqa müəssisələr üçün xüsusi elmi-tədqiqat   avadanlıqları,       avtomat-telefon       stansiyalarının       avadanlıqları, avtomobillərdə, at arabalarında yerləşdirilən yanğınsöndürən maşınlar, avadan-lıqlar, mexanikləşdirilmiş yanğın nərdivanları, paltaryuyan və paltartikən maşınlar, soyuducular, tozsoranlar və bu kimi başqa maşın və avadanlıqlar aiddir.

Nəqliyyat vasitələrinə – aşağıdakılar aiddir:

  1. Dəmiryol, su, avtomobil nəqliyyatı vasitələri (elektrovozlar, teplovozlar, parovozlar, motovozlar, motodrezinlər,   vaqonlar,   platformalar,  sisternlər, teploxodlar, paroxodlar, dizel-elektroxodları, yedəklər, barjlar, barkalar, qayıqlar, xidmətedici və köməkçi gəmilər, xilasedici gəmilər, üzən körpülər, yelkənli gəmilər, yük və minik avtomobilləri, qoşqular, öz yükünü boşaldan avtomobillər, avtosisternlər, avtobuslar, traktorlar və bu kimi başqa nəqliyyat vasitələri).

   2. Hava nəqliyyatı vasitələri (təyyarələr, vertolyotlar və başqaları).

   3. Araba nəqliyyatı (araba, xizək və başqaları).

   4.  İstehsalat nəqliyyatları (elektrokarlar, motorollerlər, velosipedlər və başqaları).

   5. Bütün növ idman nəqliyyatları (idman atlarından və başqa iş heyvanlarından başqa).

İstehsalat alətlərinə və təsərrüfat inventarlarına Ümumi təyinatlı əmək vəsaitləri, materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri, tikinti-quraşdırma işlərində material emalı üçün bütün növ qurğular və sairə. Onlar aşağıdakı kimi qruplaşdırılır:

  1. Alətlər: – ümumi      təyinatlı      mexanikləşdirilmiş     və mexanikləşdirilməmiş əmək vasitələri, həmçinin materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri. Bunlara aiddir: – kəsmək, zərbə endirmək, əzmək və bərkitmək kimi işləri görmək üçün nəzər-də tutulmuş əl əməyi alətləri, elektrik enerjisinin, sıxılmış havanın və başqalarının vasitəçiliyi ilə işləyən mexanikləşdirilmiş əl əməyi alətləri (elektrik dreli, kraskapult, elektrovibrator və başqaları), həmçinin tikinti-quraşdırma işlərində material emalı üçün uyğunlaşdırılmış bütün növ qurğular və başqaları (məngənələr, patronlar, mühərriklərə quraşdırılmış xüsusi bölücü başlıqlar və avtomobillərdə olan kardan valını çevirmək üçün xüsusi qurğular və başqaları).
  1. İstehsalat inventarları və ləvazimatları: – iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetləri (iş stolları, verstaklar, kafedralar, partalar və başqaları), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar, maye və dənəvər səpələnən şeylərin saxlanması üçün qablar (baklar, novlar, yeşiklər, hovuzlar, çənlər və başqaları), ticarət şkafları və stellajları, inventar taralar, texniki təyinatlı predmetlər və başqaları istehsalat inventarları və ləvazimatlarına aiddir.
  2. Təsərrüfat inventarları: – dəftərxana və təsərrüfat inventarları adı daşıyan predmetlər (müxtəlif dəftərxana mebelləri, daşınan sədlər, asılqanlar, qarderoblar, müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və yeşiklər, yazı makinaları, hektoqraflar və başqa əl ilə surətçoxaldan və nömrəvuran aparatlar, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər və başqa təsərrüfat inventarları, həmçinin yanğından mühafizə predmetləri (hidropultlar, stenderlər, əl nərdivanları və başqaları) təsərrüfat inventarlarına aiddir.

İşçi və məhsuldar heyvanlara – işçi heyvanlar (atlar, öküzlər, dəvələr və başqa) idman atları və sairə. İnəklər, camışlar, ana marallar, damazlıq donuzlar və sairə. Onlar isə belə qruplaşdırılır:

  1. İşçi heyvanlar: – atlar, öküzlər, dəvələr və başqa işçi heyvanlar (idman atları və başqa nəqliyyat heyvanları da daxil olmaqla) işçi heyvanlara aiddir.
  2. Məhsuldar və damazlıq heyvanlar: – inəklər, döl öküzləri, camışlar, döl kəlləri, döl ayğırları, ilxıya qoşulmuş damazlıq madyanlar, damazlıq dəvələr, döl nərləri, ana marallar, döl üçün erkək marallar, döl qabanları, damazlıq donuzlar, damazlıq qoyunlar, damazlıq keçilər, döllük qoçlar, döllük təkələr və başqaları məhsuldar və damazlıq heyvanlara aiddir.

Kitabxana fondu – vahidinin (nüsxəsinin) qiymətindən asılı olmayaraq bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyatlar və başqa nəşrlər.

Sair əsas vəsaitlər – yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə ağacları, dekorativ çoxillik əkmələr, muzey sərvətləri, heyvanxana eksponatları, tədris kinofilmləri və sairə. Onlar aşağıdakı kimi qruplaşdırılır:

  1. Çoxillik əkmələr: – yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar), küçələrdə, meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşıllaşdırma və dekorativ çoxillik əkmələr, qumsallığın və sahillərin bərkidilməsi məqsədilə əkilən çoxillik əkmələr, elmi-tədqiqat institutlarında, botanika bağlarında və bu kimi başqa yerlər-də tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr.
  2. Torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər: – kapital qoyuluşu hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötükdən təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqlardan və başqa lüzumsuz bitkilərdən təmizlənməsi, kiçik təpəciklərin düzəldilməsi, nohurların təmizlənməsi və s. bu kimi torpaqların yaxşılaşdırılması işləri (tikinti və quraşdırma işləri ilə əlaqəsi olmayan işlər) əsaslı məsrəflərə aiddir.
  3. Muzey sərvətləri: – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq normativ sənədləri üzrə uçota alınan muzey sərvətləri (qiymətindən asılı olmayaraq).
  4. Heyvanxanalarda və digər analoji təşkilatlarda olan dünya heyvanlarının eksponatları (qiymətindən asılı olmayaraq).
  5. Dəyəri əsas vəsaitlərin dəyərinin təyin edilmiş minimum həddinin 1/20 hissəsindən çox olan səhnə vəsaitləri (dekorasiyalar, butaforlar, milli teatr geyimləri, pariklər və başqa rekvizitlər).
  6. Qiymətindən asılı olmayaraq nümunəvi layihələr üzrə sənədlər.

7. Tədris kinofilmləri, maqnit lentləri (diskləri), kasetlər və başqa texniki proqram daşıyıcıları (qiymətindən asılı olmayaraq).

8.  Vahidinin və dəstinin dəyəri 100 manatdan yuxarı olan başqa inventarlar (uşaq oyuncaqları, xüsusi xizəklər və başqaları).

 

Əsas vəsaitlərin təsnifatı onların vəsait növləri ilə yanaşı forma (qrup) etibarilə təsnifləşdirilməsi müəyyən olunmuşdur. Beləliklə, əsas vəsaitlər istifadə olunma dərəcəsinə görə aşağıdakı formada təsnif olunur:

– İstifadə olan əsas vəsaitlər;

– Ehtiyatda olan əsas vəsaitlər.

Ehtiyatda olan əsas vəsaitlər bilavasitə müəssisədə istehsalın fasiləsiz fəaliyyətini təmin etmək üçün nəzərdə tutulur.

Əsas vəsait obyektləri üzərində mülkiyyət hüququ olması etibarilə təsnifi üzrə vəsaitlər:

– öz mülkiyyətində olan əsas vəsaitlərə

– digər müəssisələrdən icarəyə qəbul olunmuş əsas vəsaitlərə ayrılır.

Öz mülkiyyətində olan əsas vəsaitlərə müəssisənin öz vəsaiti ilə aldığı, apardığı tikinti əsasında hazırlanan, müəssisənin səhmdarları tərəfindən səhm hesabına verdikləri və nizam-namə kapitalına daxil olan və ya əvəzsiz verilən və əlavə kapitala daxil olan əsas vəsaitlər daxildir.

İcarəyə qəbul olunmuş əsas vəsaitlər o vəsaitlərdir ki, onlar icarə qaydalarına uyğun olaraq digər müəssisədən və ya şəxsdən müəyyən vaxta müvəqqəti istifadə olunması və bununla əlaqədar olaraq müəyyən qarşılıqlı razılaşdırılmış məbləğdə pul vəsaitinin ödənməsi əsasında qəbul olunur. Bır sıra hallarda icarəyə qəbul olunmuş əsas vəsaitlər icarəçi tərəfindən vəsaiti icarəyə verəndən ala bilər.

İstehsal xarakterində – istifadə olunma xarakterinə görə (istehsal, kommer-siya və s.) əsas vəsaitlər aşağıdakı bölgüyə ayrılır:

– istifadədə olan əsas vəsaitlər;

– istifadədə olmayan əsas vəsaitlər.

İstifadədə olan əsas vəsaitlər o vəsaitlər adlanır ki, onlar müəssisənin istehsal fəaliyyətində bilavasitə iştirak edir. Məsələn, maşınqayırma zavodunda əsas istifadədə olan istehsal maşın və avadanlıqları bilavasitə məhsul istehsalında istifadə olunur və öz dəyələrini tədricən istehsal olunmuş məhsulun dəyərinə keçirir və onlara hesablanmış köhnəlmə (amortizasiya) məbləği istehsal və ya tədavül xərclərinə keçirilir.

İstehsalda olmayan əsas vəsaitlər müəssisə istehsal fəaliyyətində bilavasitə iştirak etmir və öz dəyərlərini istehsal olunmuş məhsulun dəyərlərinə keçirmir. Lakin nəzərə almaq lazımdır ki, həmin vəsaitlərin iştirakı olmadan maddi istehsalın fəaliyyəti qeyri-mümkündür. Məsələn maşınqayırma müəssisəsində qeyri-istehsal xarakterli əsas vəsaitlərə binalar, uşaq və məktəbəqədər bağça və avadanlıqlar, özəlləşdirilmiş mənzil fondu, yeməkxanalar, idman-sağlamlıq kompleksləri və sairə aid edilir ki, bunların da müəssisədə əhəmiyyəti böyükdür.

Əsas vəsaitlərin dəyərlərinin istehsal olunmuş hazır məhsulların dəyərlərinə keçirmələrində iştirakına görə əsas vəsaitlər aşağıdakı qruplara ayrılır:

– fəal xarakterinə əsas vəsaitlər;

– qeyri fəal xarakterli əsas vəsaitlər;

Fəal xarakterli əsas vəsaitlər müəssisə fəaliyyətindəki gördüyü işi saat hesabı ilə ölçülür və nəticə müəyyən olunur (məsələn avtomaşınların işi kilometr-saat ölçüsü, kombaynın işi fəziki hektar və s.).

Qeyri fəal xarakterli əsas vəsaitlərə binalar, tikintilər, avadanlıqlar və başqa-ları aid edilir ki, onların müəssisə istehsal fəaliyyətini müəyyən ölçü vahidi ilə ölçmək mümkün deyildir.