» » » Əmlakların icarəsi zamanı nələrə diqqət yetirilməlidir?

Əmlakların icarəsi zamanı nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

Əmlakların icarəsi,Mövzu ilə bağlı təcrübədə yaranan suallara aparıcı mühasib Orxan İsgəndərov aydınlıq gətirir. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektləri vergi orqanında qeydiyyata alınmalıdırlar.

Obyektin qeydiyyatı zamanı “İcarəyə götürən”, “Ödəmə mənbəyində” və “Subicarə” seçimlərindən birini seçdikdə obyektin məlumatları icarədar tərəfindən icarəçiyə verilir və bu barədə müqavilədə müvafiq qeyd edilir.

İcarədar mülkiyyətində olan obyektin sahəsini bir neçə hissəyə bölərək fərqli şəxslərə icarəyə verə bilər. Bəzən elə olur ki, əvvəllər icarəyə verilmiş, sonradan icarə münasibətinə xitam verilmiş sahə vergi orqanında uçotdan çıxarılmır və qeydiyyatda qalır. Halbuki obyektdə hər hansı icarə münasibəti yoxdur. Bu zaman icarəçi üçün bəzi problem yarana bilər.

Misal: “İCARƏÇİ” MMC “İCARƏDAR” MMC ilə icarə müqaviləsi bağlayaraq 50 kv. metr sahəni icarəyə götürür. Bu icarə obyektinin vergi orqanında qeydiyyatı barədə vergi orqanına ərizə göndərilir.

İcarə obyektinin vergi qeydiyyatında ümumi sahəsi 100 kv. metrdir. “İCARƏDAR” MMC bu obyektin 50 kv. metrini “BB” MMC-ə icarəyə verib. 30 kv. metri isə əvvəllər “CC” MMC-yə icarəyə verilsə də, sonradan müqaviləyə xitam verilib. Lakin obyekt köhnə icarəçi tərəfindən uçotdan çıxarılmayıb.

AVİS proqramı belə bir hesablama aparacaq:

“İCARƏDAR”ın mülkiyyətində olan obyektin sahəsi – 100 kvadratmetr

“BB” MMC-ə icarəyə verilən sahə – 50 kvadratmetr

“CC” MMC-ə icarəyə verilən sahə – 30 kvadratmetr

“İCARƏÇİ” MMC-nin ərizəsində göstərilən sahə – 50 kvadratmetr

100-50-30-50= -30 kvadratmetr

Bu zaman vergi orqanı tərəfindən 30 kvadratmetr başqa şəxslərə icarəyə verilməsi barədə vergi ödəyicisinə “Təsərrüfat subyektinin qeydiyyata alıması ərizəsinə rədd bildirişi” göndəriləcək.

Belə hallarla qarşılaşmamaq üçün icarədarlar daim məlumatlarını yeniləməli və yoxlamalı, icarəçilər isə əmlakın qeydiyyat ərizəsini tələb edərək məlumatları dəqiqləşdirməlidirlər.