» » » Dünya ölkələrinin qızıl-valyuta ehtiyatlarının həcmi nə qədərdir?

Dünya ölkələrinin qızıl-valyuta ehtiyatlarının həcmi nə qədərdir?

posted in: Xəbər | 0
birbank biznes

qızıl-valyuta ehtiyatlarıÇin uzun illər ardıcıl olaraq qızıl-valyuta ehtiyatlarının həcminə görə liderlik edir – bu ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin aktivləri 3,193 trilyon dollar təşkil edib. İkinci yeri 1,238 trilyon dollarla Yaponiya tutub. Üçüncü yerdə 892 milyard dollarla İsveçrə qərarlaşıb.

2022-ci ildə Rusiya reytinqdə bir pillə irəliləyərək Hindistanı ötüb keçib –  Qərb tərəfindən dondurulan aktivlər də nəzərə alınmaqla, Moskvanın aktivləri 540 milyard dollar, Nyu Dehlinin aktivləri isə 532 milyard dollar təşkil edib.

Reytinq müəllifləri inkişaf etməkdə olan iqtisadiyyatların mövqelərinin möhkəmlənməsi tendensiyasını qeyd edirlər. Xüsusilə, Səudiyyə Ərəbistanı altıncı yerə yüksələrək, Honq-Konq və Cənubi Koreyanı bir pillə aşağı itələyib. Braziliya Sinqapuru keçərək 9-cu pilləyə yüksəlib.

Yerlərin bölgüsündə bəzi dəyişikliklər olsa da, ilk 10-luq bir il əvvəl olduğu kimi qalır. Almaniya və ABŞ müvafiq olaraq, 11-ci və 12-ci mövqelərini qoruyub-saxlayıblar, Fransa 13-cü, İtaliya isə 14-cü yerə yüksəlib. Meksika birdən-birə üç pillə irəliləyərək, 15-ci yerə yüksəlib, Tailand isə əksinə, 13-cü yerdən 16-cı yerə düşüb. Böyük Britaniya iki mövqe itirərək 17-ci, İsrail və Çexiya müvafiq olaraq 18 və 20-ci yerə, Polşa isə 19-cu yerə yüksəlib.

“Böyük iyirmilik”dən (G20) qızıl-valyuta ehtiyatlarına görə ilk 50-liyə həmçinin İndoneziya (21-ci yer), Türkiyə (22-ci yer), Kanada (24-cü yer), Cənubi Afrika (31-ci yer), Avstraliya (34-cü yer) və Argentina da (40-cı yer) daxildir.