» » » Əmək pensiyaları haqqında Qanuna dəyişiklik edildi

Əmək pensiyaları haqqında Qanuna dəyişiklik edildi

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Əmək pensiyaları haqqında Qanuna dəyişiklik edildi.                                               Əmək pensiyaları                                                               

                                             “ Əmək pensiyaları haqqında ” Azərbaycan
                                           Respublikasının Qanununda dəyişiklik edilməsi
                                              barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;

1.2. 10.2-ci və 13.3-cü maddələrin ikinci bəndləri ləğv edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.