“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli.36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 378, № 11, maddələr 1934, 1976; 2018, № 12 (II kitab), maddə 2730) 1-4-cü hissələri ləğv edilsin.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 16 yanvar 2020-ci il
№ 11
Tam mətnə nəzər yetirmək üçün yükləyin: Əlilliyin qiymətləndirilməsi Qaydası (292 downloads )
Mənbə: cabmin.gov.az