» » » Əlillərlə bağlı yeni qaydaların qüvvəyə minmə vaxtı uzadılıb

Əlillərlə bağlı yeni qaydaların qüvvəyə minmə vaxtı uzadılıb

posted in: Xəbər | 0
birbank biznes

Birinci dərəcə əlillik“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərin qüvvəyə minmə vaxtı uzadılıb.

Qanuna dəyişikliklər 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Qanuna dəyişiklik layihəsinin 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun