» » » Azərbaycanda daha bir elektron xidmətlər portalı yaradılacaq

Azərbaycanda daha bir elektron xidmətlər portalı yaradılacaq

posted in: Xəbər | 0
birbank biznes

Gələn il Azərbaycanın bir sıra dövlət qurumlarının xidmətlərini cəmləşdiriləcək yeni “e-KOB” elektron xidmətlər portalı yaradılacaq.

Bunu  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Agentlik tərəfindən ölkədə “elektron hökumət” layihəsi çərçivəsində icra olacaq: “Portal təkcə KOBİA-nı deyil, eləcədə də bir neçə digər dövlət qurumunu “e-KOB” reyestrinə inteqrasiyasını nəzərdə tutur.

Portala bir neçə dövlət qurumunu – İqtisadiyyat Nazirliyini, Dövlət Vergi Xidmətini, Qida Təhlükəsizliyi Agentliyini, Kənd Təsərrüfatı Nazirliyini və digərlərini birləşdirəcək. İnanıram ki, bu layihə gələn il ərzində icra olunacaq”.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron xidmətlər portalı