» » » Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

Mal dövriyyələrinin rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu ilin ilk 5 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri-neft sektorunda 6,3 faiz artım qeydə alınıb. Malların elektron qaimə-fakturalarla rəsmiləşdirilməsi nəticəsində baş verən artımlar isə daha yüksək olub.

Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-faktura və vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirilməsini nəzərdə tutur. Bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində “Elektron vergi hesab-fakturası” yazılmayacaq.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının birləşdirilməsi təşəbbüsü sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb: “Həmin təkliflərin artıq bir qismi nəzərə alınıb və texniki sifarişlər əsasında elektron qaimə-fakturaların təkmilləşdirilməsi həyata keçirilir. Növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab- fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur”.

N.Şirinov bildirib ki, sahibkarlarla keçirilmiş görüşlərdə elektron qaimə-fakturaların özünün təkmilləşdirilməsi ilə də bağlı çoxlu təkliflər səsləndirilib.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.