» » » Elektron mühasibatlığın tətbiqinin genişləndirilməsinə dair Tədbirlər Planı hazırlanacaq

Elektron mühasibatlığın tətbiqinin genişləndirilməsinə dair Tədbirlər Planı hazırlanacaq

posted in: Xəbər | 0
birbank biznes

Elektron mühasibatlığın tətbiqinin genişləndirilməsinə dair Tədbirlər Planı hazırlanacaq

Azərbaycanda ortamüddətli dövr üçün elektron mühasibatlığın tətbiqinin genişləndirilməsinə dair Tədbirlər Planı hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1645-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə ortamüddətli dövr üçün elektron mühasibatlığın tətbiqinin genişləndirilməsinə dair Tədbirlər Planının layihəsini 2019-cu il noyabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Mənbə: apa.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron mühasibatlığın tətbiqi
elektron mühasibatlıq