Rəqəmsallaşdırma bank sektorunu necə dəyişdi
Hazırda bir çox adamlar taksini küçədən tutmur, mobil əlavədən sifariş verirlər, marşrutu kağız xəritədən deyil, naviqatorun köməyi ilə öyrənirlər. Mənzil-kommunal xidmətlərin ödənişini banklarda etməyi də demək olar ki, yaddan çıxarmağa başlamışıq, çünki həmin ödənişləri küçələrdə qurulan terminallar və ya smartfonların mobil əlavələri vasitəsilə həyata keçirmək mümkündür.
Rəqəmsal transformasiya son bir neçə il ərzində istisnasız olaraq biznesin bütün sahələrinə toxunub, istehlakçıda isə bir çox şeyləri onlayn yerinə yetirmək vərdişləri yaranıb. Bu yenilik hələ pandemiyadan xeyli əvvəl formalaşmışdı – koronovirus bütün iqtisadiyyatın, – ilk növbədə isə maliyyə sahəsində – rəqəmsallaşdırmanı yalnız sürətləndirib.
Kütləvi auditoriyaya istiqamətlənmiş mobil bank tətbiqləri gündəlik həyatımızı daha rahat edir və bu, banklara nə üçün lazımdır.
Dünya liderləri sırasında
İnternetin sürətli inkişafı son on il ərzində biznes üçün yeni imkanlar açmış və onlayn-ticarət və bank sektorunu stimullaşdırmışdırıb. Cəmi üç onillik yaşı olan Rusiya bank sektorunda aşkar üstünlüklər yaranmışdır: onun inkişafının ən fəal mərhələləri rəqəmsallaşdırma dövrünə təsadüf edir, buna görə müasir texnologiyaların əsas biznes proseslərinə inteqrasiyası erkən mərhələlərdə baş vermişdir.