» » » POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?

POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

ƏDVPOS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?

Sual: 2020-ci ilin yanvarın 31-də mal satılıb, ödəniş POS terminal vasitəsi ilə nağdsız qaydada həyata keçirilib və satış məbləği kassaya daxil edilib, bank hesabına isə fevral ayında mədaxil olunub. Sual: həmin əməliyyat yanvar bəyannaməsində, yoxsa fevral bəyannaməsində əksini tapmalıdır?

Cavab: Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır. Buna əsasən, müraciətinizdə qeyd olunan halda nağdsız qaydada aparılan əməliyyata görə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olduğu vaxt sayılır.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun