» » » ƏDV qeydiyyatının ləğv edilməsi vergi yoxlamasının keçirilməsi üçün əsas sayıla bilər?

ƏDV qeydiyyatının ləğv edilməsi vergi yoxlamasının keçirilməsi üçün əsas sayıla bilər?

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

ƏDV qeydiyyatının ləğv edilməsiSual: Mənfəət vergisi və ƏDV ödəyicisiyəm. 12 aylıq dövriyyəm 12 000 manatdır. ƏDV ləğv etmək üçün ərizə vermək olar? Bu proses vergi yoxlamasına səbəb ola bilərmi?

Cavab: Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV qeydiyyatının ləğv edilməsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas sayılmır.


Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

Bax: Vergi Məcəlləsinin 38.3-cü158.2-ci maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.