» » » ƏDV ödəmə terminalı ilə ödənildikdə əvəzləşdirilə bilər?

ƏDV ödəmə terminalı ilə ödənildikdə əvəzləşdirilə bilər?

posted in: Vergi, Xəbər | 0
1 günə girovsuz və zaminsiz sürətli kredit

Sual:  Alınmış malın dəyərini qarşı tərəfin hesabına ödəmə terminalı vasitəsi ilə ödədikdə (ƏDV hissəsi ayrıca olaraq qarşı tərəfin depozit hesabına ödənilib) alınmış mala görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək olarmı?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün

– verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

– malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

– alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

– vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.

Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq ödəniş terminalları vasitəsi ilə ödənişin aparılması nağdsız hesablaşmalara aid edilir.

Göstərilən tələblərə əsasən ödənilən ƏDV məbləğinin büdcədən əvəzləşdirilməsinə vergi qanunvericiliyində məhdudiyyət qoyulmur.

Bax: Vergi Məcəlləsinin 175.1-ci maddəsi, “Nağdsız  hesablaşmalar haqqında” Azərbycan Respublikasının Qanunu.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az